9 C
Baku
Friday, December 13, 2024

AMB COP29-la bağlı planlarını elan edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar.

Bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Şahin Mahmudzadə bildirib.

“1-ci istiqamət ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bura həm “yaşıl” istiqrazların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyən edilməsi və hüquqi infrastrukturunun yaradılması daxildir. 2-ci istiqamət dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. Bu da xüsusən bank sektoruna aiddir. 3-cü istiqamət hesabatlılıq formasının müəyyənləşdirilməsidir. 4-cü istiqamət ümumilikdə ekosistemi dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlamaqdır. Biz COP-29-la bağlı gündəliyimizi sürətləndirmişik və bəzi işləri önə keçirmişik”, – deyə o qeyd edib.

“Sessiya ilə bağlı digər məsələ bu tədbirə ev sahibliyi edən ölkə kimi təşəbbüslərin formalaşdırılmasına dəstək verməkdir. Burada banklar və “Bakı Fond Birjası” QSC ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Nəticədə yerli bazardan daha çox beynəlxalq bazara dayanıqlı maliyyə ilə bağlı hansı töhfəni verə bilərik”, – deyə AMB rəsmisi əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər