12 C
Baku
Sunday, October 27, 2024

AMB-də növbədənkənar valyuta hərracı keçirildi

11 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilmişdir. Hərracda tələb dünənki tarixdə keçirilmiş hərracla müqayisədə 168,2 mln.ABŞ dolları və ya 52% azalaraq, 155 mln.ABŞ dolları təşkil etmişdir. Tələb tam təmin edilmişdir.

Növbəti valyuta hərracı qrafikə uyğun olaraq 12 mart 2020-ci il tarixində keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər