9 C
Baku
Wednesday, December 11, 2024

AMB-də III Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin 15-16 noyabr tarixlərində keçiriləcək  “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilmişdir. Banker.az bildirir ki, bu barədə AMB-dən məlumat daxil olub.

Görüş zamanı foruma hazırlıqla əlaqədar təşkilati məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilmiş,  forumun uğurlu və müvəffəqiyyətlə keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı müzakirə edilmişdir.

Qeyd edək ki, forumun panel müzakirələrində  Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə mövzulara yer veriləcəkdir. Belə ki,  forumda Mərkəzi Bank tərəfindən reallaşdırılan “Dövlət Proqramı – strateji hədəflər, qarşıya qoyulan vəzifələr”, “Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi”, “Ani ödənişlər sistemi” və digər bu kimi aktual mövzularda təqdimatlar keçiriləcəkdir.

Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcəkdir. Eyni zamanda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuza yaxın mövzu ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaqdır.

Son xəbərlər
Digər xəbərlər