9 C
Baku
Friday, December 13, 2024

AMB-dən likvidlik çatışmazlığı ilə üzləşən banklar üçün vacib dəyişiklik

Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara sonuncu instansiya kreditoru kimi müddəti altı aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verə biləcək.

Banker.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri requlyator tərəfindən banklara kreditlərin verilməsi qaydalarında dəyişiklik edib.

Buna qədər isə banklara altı aydan artıq olmayan müddətə sonuncu instansiya kreditləri verə bilsə də bir dəfə verib-verməməsi ilə bağlı hər hansısa limit qeyd edilmirdi.

Maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda Mərkəzi Bankın İdarə Heyəti digər şərtlərlə və daha uzun müddətə sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edə biləcək.

Buna qədər isə bu qaydada uzunmüddətli kreditlə bağlı hansısa şərh yox idi.

Likvidlik – bankın balans və balansarxası öhdəliklərini yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.

Son xəbərlər
Digər xəbərlər