Azərbaycan Mərkəzi Bankı daha 20 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.
Banker.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar iyulun 7-də, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.