25 C
Baku
Saturday, July 27, 2024

AMB-dan inflyasiyanı “boğmaq” üçün növbəti müdaxilə

13 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) hər birinin həcmi 30 milyon manat həcmində olan iki növ – 168 gün (AZ2015024709) və 252 gün (AZ2016024708) notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə BFB-dən Banker.az-a bildirilir.

168 gün notlar. Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 97.3647 (5.8%) və 98.1675 (4%) olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,384,700 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.76 (4.91%) və orta ölçülmüş qiyməti 97.8689 (4.67%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 30.03.2023-cü ildir.

252 gün notları. Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 96.2927 (5.50%) və 97.144 (4.20%) olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 47,950,400 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.4293 (5.29%) və orta ölçülmüş qiyməti 96.6033 (5.02%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 22.06.2023-cü ildir.

Hazırda Azərbaycan Mərkəzi Bankı pul siyasətində sərtləşmək üçün özünün alətləri işə salıb ki, inflyasiyanı boğa bilsin. Bunlardan biri də açıq bazar əməliyyatıdır.

Açıq bazar əməliyyatları nədir?

Açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən, banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır (sterilizasiya), qiymətli kağızlar alındıqda isə pul kütləsi artır (emissiya). Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər. Bir çox hallarda Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən depozit və kredit əməliyyatları da açıq bazar əməliyyatları hesab olunur.

Yeni müddətli notların yerləşdirilməsində məqsəd nədir? Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklər nədən ibarətdir?

Yeni müddətli notların yerləşdirilməsində məqsəd Mərkəzi Bankın sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləməkdir.

Yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdirilir. Yəni yeni müddətli notlarla bağlı keçirilən hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmır və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirir.

Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər