28 C
Baku
Saturday, July 27, 2024

AMB: Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə dair bütün tələblər qarşılanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankının ölkədə biznes muhitinin qiymətləndirməsi ilə bağlı Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə dair bütün tələbləri qarşılayıb.

Bunu AMB-nin İnformasiya texnologiyaları departamentinin bölmə rəhbəri Vüqar Məmmədzadə bildirib.

“Reyestr Dünya Bankının qiymətləndirmələrində xüsusi əhəmiyyət kəsb edir. Əvvəllər təşkilat tərəfindən illik əsaslarla tərtib edilən “Doing Business” hesabatları, investorların maliyyə vəsaitlərini yerləşdirdikləri zaman analiz etdikləri ən vacib hesabatlardan biri idi. Bu ildən isə Dünya Bankı “Əlverişli Biznes Mühiti” adlı qiymətləndirmə aparacaq. Bu sahədə meyarlar demək olar ki, müəyyən edilib. Reyestr üzrə bütün tələblər qarşılanıb. Ümid edirəm ki, əvvəlki illərdə olduğu kimi, bu il də yüksək nəticələr əldə edəcəyik”, – deyə o qeyd edib.

“Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq, onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Reyestr maliyyə qurumlarını KOS-ların daşınar aktivləri barədə mərkəzləşdirilmiş və şəffaf məlumatlarla təmin edir. Bununla da, kredit təşkilatları təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa yerdə yüklü olub-olmadığı haqqında məlumat əldə edir, habelə təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı qazanırlar”, – deyə V.Məmmədzadə əlavə edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artaraq 200 mini keçib. Ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebellər, heyvanlar və avadanlıqlar olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər