25 C
Baku
Saturday, July 27, 2024

AMB depozit hərracında 30 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün onuncu depozit hərracında 30 mln. manat cəlb edib. Bu barədə  agentliyə AMB-dən məlumat verilib.

“Mərkəzi Bank avqustun 29-da bu hərracda 50 mln. manat cəlb etməyi planlaşdırmışdı. 30 mln. məbləğində vəsait 28 gün müddətinə cəlb edilib. Orta ölçülmüş faiz dərəcəsi 9,49% təşkil edib”, – deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-avqust aylarında keçirilmiş 9 hərracda bank 1 ay müddətinə 446 mln. manat cəlb edib.

“İnterfaks-Azərbaycan”

Son xəbərlər
Digər xəbərlər