Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün onuncu depozit hərracında 30 mln. manat cəlb edib. Bu barədə agentliyə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank avqustun 29-da bu hərracda 50 mln. manat cəlb etməyi planlaşdırmışdı. 30 mln. məbləğində vəsait 28 gün müddətinə cəlb edilib. Orta ölçülmüş faiz dərəcəsi 9,49% təşkil edib”, – deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-avqust aylarında keçirilmiş 9 hərracda bank 1 ay müddətinə 446 mln. manat cəlb edib.
“İnterfaks-Azərbaycan”