13 C
Baku
Saturday, November 16, 2024

AMB “Dövlət satınalmaları haqqında” açıq tender keçirir

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” açıq tender elan edir.

Banker.az bu barədə AMB-yə istinad edir.

Mərkəzi Bank aşağıdakı lotlar üzrə açıq tender keçirir:

1-ci lot üzrə tenderin predmeti: Azərbaycan Respublikasının Mərkəzi Bankında xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satın alınması

2-ci lot üzrə tenderin predmeti:: Azərbaycan Respublikasının Mərkəzi Bankında xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün elektrikli yükqaldıranların satın alınması


3-cü lot üzrə tenderin predmeti:: Azərbaycan Respublikasının Mərkəzi Bankında xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün pulsayan maşınların satın alınması


4-cü lot üzrə tenderin predmeti:: Azərbaycan Respublikasının Mərkəzi Bankında dizayner studiyası üçün fotoaparatın və onun linzasının satın alınması

1. Tender proseduru 18.04.2019-cu il tarixində saat 15:00-daAzərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90) keçiriləcəkdir.


2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün ərizə (iştirak ediləcək satınalma predmeti dəqiq göstərilməklə);
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
– iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 03.06.2019-cu il tarixinədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə dövlət orqanından arayış;
– iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu göstərilməklə) (Lot 1, Lot 2 və Lot 3 üzrə iştirak edən iddiaçılara münasibətdə); 
– əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən son 3 (üç) ildə verilən tövsiyə məktubu (Lot 2 üzrə iştirak edən iddiaçılara münasibətdə); 
– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.


3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 17.04.2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 08.04.2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üzrə 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod 501004, VÖEN 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab AZ74NABZ01451700000000001944 
S.W.I.F.T. BİK NABZAZ2C
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan
USD correspondent bank Federal Reserve Bank of New York, 
FRNYUS33
Beneficiary: Central Bank of the Republic of Azerbaijan 
NABZAZ2X
ABA 021088221 
Account number: AZ25NABZ01701190000000001944.

6. Satınalmaya başlanma vaxtı: 
satınalma müqaviləsi imzalandığı gündən.


7. Malların təqdim edilməsi müddəti:Lot 1 üzrə satınalma müqaviləsi imzalandığı gündən etibarən müqavilə müddəti ərzində sifariş əsasında hissə-hissə olaraq sifariş alındığı tarixdən 60 (altmış) təqvim günü müddətində; 
Lot 2, Lot 3 və Lot 4 üzrə satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) təqvim günü müddətində.


8. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.


9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. Tenderin əlaqələndirici şəxsi: 
Nəsib Pənahlı (Nağd pul departamenti), telefon: 493-11-22 (dax.tel:384), 
email: [email protected].

Son xəbərlər
Digər xəbərlər