Azərbaycan dünyanı birləşdirəcək “yaşıl” hazırlamaq istəyir.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun baş direktoru Şahin Mahmudzadə bildirib.
“Hazırda 50-yə yaxın ölkənin “yaşıl” istiqrazlar və kreditlərlə bağlı taksanomiyası var. Amma bu taksanomiyalar arasında əlaqələr kifayət qədər deyil, onlar daha pərakəndədir. Burdan bizdə belə bir ideya yarandı ki, bütün ölkələri birləşdirəcək taksanomiya prinsiplərinin hazırlanmasında Azərbaycan təşəbbüskar kimi çıxış eləsin və dünyaya töhfə versin. Hazırda 2 beynəlxalq qurumla bu istiqamətdə iş gedir. Bu taksanomiyanı da COP-da təqdim etməyi planlaşdırırıq”, – deyə o qeyd edib.