Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
30.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə banklardan vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 189,0 mln. manat təşkil edib ki, bu da təklifdən bir qədər az olması deməkdir. Bu hərracda 200 mlnş manat cəlbi nəzərdə tutulmuşdu.
Adətən, hərraclarda banlar tərəfindən buna daha çox “həvəs” görünür, yəni, tələb təklifi üstələməli olur.
“Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,96% təşkil etmişdir”, AMB-nin açıqlamasında deyilir. Bu hərracda requlyator 6,76% – 7,24% aralığında cəlbi hədəfləmişdi.
Azərbaycan Mərkəzi Bankı ötən gün keçirdiyi hərracda tələb təklifi bir qədər üstələdiyi halda, bazarda milli valyuta məzənnəsinə yaranan təziyiqlər fonunda 17 martda (faiz qərarından bir gün öncə) daha aşağı faizlə depozit cəlb edilmişdi. Həmin hərracda 5,51% ilə orta ölçülü faiz dərəcəsi təşkil etsədə 2 həftəlik bu hibrid tibli hərraca daha çox (tələb təklifi 50%dən çox üstələmişdi) depozit qoymaq istəmişdilər.