14 C
Baku
Wednesday, April 30, 2025

AMB “Finoko” BOKT-a hesabatı vaxtında təqdim etmədiyinə görə məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı apreldə “Finoko” BOKT ASC-yə icrası məcburi göstərişin verib.

Banker.az-a bu barədə AMB-dən məlumat verilib.

Belə ki, “Finoko” Bank olmayan kredit təşkilatı ASC tərəfindən 2025-ci ilin I rübü üzrə prudensial tələblərə dair hesabatların “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 24.2-ci maddəsinin tələbləri pozularaq təqdim edilməməsinə görə Qanunun 25.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən “Finoko” Bank olmayan kredit təşkilatı ASC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verib.

Finoko” BOKT ASC 2024-cü ilin yanvar-iyun aylarını 29 min manat zərərlə başa vurub. Ötən ilin 1-ci yarımilliyində BOKT 65 min manat mənfəət əldə etmişdir.

“Finoko” BOKT-nin gəlirləri 2023-cü ildə illik müqayisədə 6.582 mln. manata yüksəlsə də, faiz xərcləri də yüksəlib. Xalis faiz gəliri 4.158 mln. manatdan 3.639 mln. manata düşüb. Əlavə olaraq kredit üzrə zərər inzibati xərclərin artması xalis mənfəəti kəskin azaldıb. 2022-ci ildə 1.403 mln. manat xalis mənfəət etdiyi halda bu rəqəm 2023-cü ildə azalıb – 0.23 mln. manat xalis mənfəət etdiyi məlum olub.

“Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.

Son xəbərlər
Digər xəbərlər