AMB gələn il yeni struktur islahatlar həyata keçiriləcəyini bildirir

“Son illər həyata keçirilmiş dərin makroiqtisadi manevr və sabitlik platformasının yaradılması sayəsində ölkədə dayanıqlı və inkluziv iqtisadi artım üçün zəruri olan makroiqtisadi sabitliyin əsasları formalaşıb”.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Bildirilir ki, ölkənin yüksək inkişaf trayektoriyasına qayıtması üçün makroiqtisadi siyasətin stimullaşdırıcı rolu daha da gücləndiriləcək, yeni nəsil struktur islahatları həyata keçiriləcək. “Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi 2018-ci il və ortamüddətli dövrdə də Mərkəzi Bankın pul siyasətinin başlıca hədəfini təşkil edəcək”, – deyə bəyanatda qeyd olunub.