28 C
Baku
Saturday, July 27, 2024

AMB: “Günay Bank”ın ləğv edilməsi “Günay Sığorta”da kapital çatışmazlığı yarada bilər

Mayın 16-da “Günay Bank”ın lisenziyasının ləğv edilməsi eyni zamanda onun səhmdarı olduğu şirkətlərdə, o cümlədən “Günay Sığorta” şirkətində kapital çatışmazlığı yarada bilər. Bu isə həmin şirkətlərin fəaliyyətinin davam etdirilməsini sual altına sala bilər.

“Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsinin “Günay Sığorta” ASC-yə təsirləri Mərkəzi Bank tərəfindən qiymətləndirilir. Bununla əlaqədar qısa zamanda əlavə məlumat verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11.1 milyon manatdır. Şirkətin səhmlərinin 49.9 %-i Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin 38.94%-lik səhmdarı), 28.48 %-i Mahmud Məmmədova (“Günay Bank”ın 52.13%-lik səhmdarı və Müşahidə Şurasının sədri), 21.62 %-i isə “Günay Bank”a məxsusdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər