11 C
Baku
Monday, November 25, 2024

AMB: “Günay Bank”ın lisenziyasının ləğvi maliyyə sabitliyinə heç bir təhdid yaratmır

Bu gün lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0.5% təşkil edir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinad edir.

“Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”- deyə, AMB-dən bildirilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə  “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər