27 C
Baku
Saturday, July 27, 2024

AMB hərracda notların yarıdan çoxunu sata bildi

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100356S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB xəbər verir ki, hərraca 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 26 303 100 manat (hərraca çıxarılmış notların 52,6%-i qədər) olub. Sifarişlər 98,8472 manat (14,9945%) qiymətində təqdim edilib. Elə notların rəqabətli sifarişlər üzrə kəsmə qiymətini və orta ölçülmüş qiymətini də bu qədər olmaqla AMB müəyyən edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 26 303 100 manat məbləğində müəyyən edilib. Qiymətli kağızların ödəmə tarixi 12 aprel 2017-ci ildir.

Son xəbərlər
Digər xəbərlər