17 C
Baku
Sunday, May 5, 2024

AMB hərracda manatın cəlb olunacaq məbləğini 3 dəfə artırdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə açıqlama verilib.

Məlumata görə, 27 noyabr 2017-ci il, saat 11:00-11:15-da keçirləcək hərracda 300 mln. manat cəlb olunması nəzərdə tutulub. Blumberg ticarət sistemidə keçirləcək hibrid formatlı depozit hərracında faiz dərəcəsi 10,01% – 14,99% səviyyəsində müəyyən olunub.

Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00, müddəti isə müddət isə 14 gündür.

Xatırladaq ki, sonuncu növbəti depozit hərracında 100 mln. manat cəlb olunması nəzərdə tutulduğu halda, tələb 623 mln. manatı ötmüşdü.

Son xəbərlər
 ⁠
Digər xəbərlər