Azərbaycanda həyatın yaşam sığortası daha fərqli formada təqdim ediləcək.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov bildirib.
Qurumun digər Baş direktoru Şahin Mahmudzadə isə bildirib ki, ötən il dövlət müəssisələrində işləyənlərin bu sığorta növündən faydalana bilməyəcəyi bəyan edilib: “Bununla belə, dövlət sektorunu əvəz etmək üçün özəl sektorda kifayət qədər potensial, əmək qüvvəsi var. Əgər sığorta şirkətləri onları cəlb edə bilsə, onda həyatın yaşam sığortasında azalma olmamalıdır”.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 498,5 milyon manat sığorta haqqı toplanılıb, 419,9 milyon manat sığorta ödənişi edilib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,4 % və 27,6 % çoxdur. Son 1 ildə bu sığorta nöcü üzrə ödəniş-yığım nisbəti 78,8 %-dən 84,2 %-ə yüksəlib.