-1 C
Baku
Wednesday, February 26, 2025

AMB hesabatı təqdim etməyən “AzeSteelCompany” və “Ekolizinq”i cərimələyib

Azərbaycan Mərkəzi Bankı hesabatı vaxtında təqdim etməyən “AzeSteelCompany” ASC və “Ekolizinq” MMC-ni cərimələyib.

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “AzeSteelCompany” ASC və “Ekolizinq” MMC hər biri İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2000 manat məbləğində cərimə edilmişdir.

AMB bundan öncə eyni məsələyə görə, “A+CO” ASC və “Aqrar İnnovasiya və Təchizat şirkəti” ASC-ni cərimələmişdi.

MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.

MEAS-ın məqsədləri:

  • investorlara və qiymətli kağızlar bazarının digər iştirakçılarına dəqiq və dolğun məlumatların çatdırılması;
  • açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması;
  • investorlarla informasiya əlaqəsinin effektivliyinin artırılması;
  • məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
  • məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi və informasiya asimmetriyasının aradan qaldırılması.

 

Son xəbərlər
Digər xəbərlər