9 C
Baku
Friday, December 27, 2024

AMB: “İcbari avtosığorta üzrə sığorta şirkətləri arasında kollektiv saziş imzalanıb”

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətləri arasında kollektiv saziş imzalanıb.

Bunu Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

O bildirib ki, icbari avtosığorta üzrə zərərlərin birbaşa tənzimlənməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilib və bu qaydalara əsasən sığorta şirkətləri arasında qarşılıqlı ödənilən bəlli bir komponent öz aralarında olan saziş əsasında həyata keçiriləcək.

V. Qurbanov əlavə edib ki, artıq proses yekunlaşıb: “Hüquqi müstəvi artıq hazırdır. Elektron arxitektura üzərində işlər yekunlaşır. Müəyyən edilən tarixlərdə hər iki qaydanın tətbiqinə başlanacaq”.

Qeyd edək ki, Azərbaycanda avtomobillərin icbari sığortasında sığorta haqqları ilə bağlı yeniliklər bu ilin oktyabrın 1-dən, zərərlərin tənzimlənməsi ilə bağlı yeni qayda isə noyabrın 1-dən tətbiq ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər