AMB İcbari Sığorta Bürosuna ödəniləcək iştirak haqlarını müəyyən etdi

Azərbaycan Mərkəzi Bankı İcbari Sığorta Bürosuna (İSB) ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Elman Rüstəmov sənədi imzalayıb.

Qərarda əsas diqqət çəkən məqam Naxçıvan Muxtar Respublikasının ərazisində sığortaçıların ödəmə haqqı üçün 50% aşağı həddi müəyyən olunub.

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 000 manat müəyyən edilib.

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının İSB birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilir:

  • Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 000 manat;
  • Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100 000 manat;
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 000 manat;
  • Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100 000 manat;
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 000 (yüz min) manat.

Bundan əlavə İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən dövlət qeydiyyatının ərazi aidiyyəti Naxçıvan Muxtar Respublikasına (MR) aid olan, İSB birdəfəlik kimi nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta müqavilələrini MR-də yerləşən daşınmaz əmlaklara və dövlət qeydiyyat nişanı MR-in rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə, habelə həmin ərazidə icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi olan şəxslərlə bağlayan sığortaçının ödəməli olduğu iştirak haqqının və təminat depozitinin məbləğlərin 50% miqdarında (yuxarıdakı  məbləğlərin), MR-də olmayan, yerləşməyən və qeydiyyat nışanı həmin əraziyə aid olmayan sığorta predmetlərinə və subyektlərinə münasibətdə isə tam məbləğdə müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər