Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyinin (SÖPTNA) sədri Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Bankda olub.
Banker.az xəbər verir ki, səfər çərçivəsində Mərkəzi Bankın sədri Taleh Kazımovla görüş keçirilib və sığorta sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Görüşün sonunda Mərkəzi Bank ilə SÖPTNA arasında sığorta sektorunda tənzimləmə, nəzarət və məlumat mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum tərəflər arasında təlimlər, texniki yardım və birgə layihələrin həyata keçirilməsini, həmçinin sığorta bazarlarının inkişafına dəstək göstərilməsini nəzərdə tutur.
Sənəd iki ölkənin maliyyə sistemləri arasında inteqrasiyanın güclənməsinə və sığorta sektorunun dayanıqlı inkişafına töhfə verəcək.








