2019-cu ilin I rübündә valyuta bazarı özünü tәnzimlәmә rejimindә fәaliyyәt göstәrmiş vә manatın xarici valyutalara nәzәrәn mәzәnnәsi tәdiyә balansı üzrә meyillәrә uyğun formalaşıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının I rübü üzrə Pul Siyasəti İcmalında deyilir.
Ölkәnin xarici ticarәt dövriyyәsinin artması ilә әlaqәdar 2019-cu ilin I rübündә dә valyuta bazarının hәr iki seqmentindә — qeyri-nağd vә nağd valyuta bazarlarında әmәliyyatların hәcminin artması müşahidә edilib.
Qeyri-nağd valyuta bazarında aparılmış әmәliyyatların hәcmi 6.1 mlrd. ABŞ dollar ekvivalentindә 1 olmuşdur. Dövr әrzindә qeyri-nağd valyuta bazarında әmәliyyatların 81.2%-i ABŞ dollarında, 18.8%-i digәr valyutalarda aparılmışdır. Qeyri-nağd valyuta әmәliy-yatlarının 38.4%-i banklararası valyuta bazarında (BVB), 61.6%-i isә bankdaxili valyuta bazarında (BDVB) aparılmışdır.