12 C
Baku
Wednesday, December 11, 2024

AMB investisiya xidmətlərini həyata keçirən təşkilatların hesabatlarının tərtib olunma QAYDASINI təsdiqlədi

Azərbaycanda investisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma qaydası təsdiqlənib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, sənədi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov imzalayıb.

Qeyd edək ki, bu qayda investisiya şirkətləri tərəfindən, habelə investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra – banklar) tərəfindən göstərdiyi investisiya xidmətləri (əməliyyatları) barədə Azərbaycan Mərkəzi Bankına təqdim edilən hesabatlara dair tələbləri və Mərkəzi Banka təqdim edilməsi qaydalarını müəyyən edir.

O da bildirilir ki, bu Qaydanın 7-ci hissəsi (Öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatların tərtib edilməsi) baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişikliklər ilə aparılan marja ticarətinə şamil olunmur.

“İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası”nın təsdiq edilməsi barədə

 

Son xəbərlər
Digər xəbərlər