12 C
Baku
Wednesday, December 11, 2024

AMB: iqlim və ekolji risklər ölkə iqtisadiyyatı və maliyyə sektoruna təsirsiz ötüşməyəcək

Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün iqlim və ekoloji, o cümlədən sosial amillərdən qaynaqlanan risklər həm qısamüddətli, həm də uzunmüddətli dövr üçün aktualdır.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsində bildirilir.

AMB bildirir ki, hava temperaturunun artması və yağıntı normasının dəyişməsi kimi fiziki iqlim riskləri daşqınlar, quraqlıqlar, torpaq sürüşmələri və istilik dalğaları kimi təbii fəlakətlərin tezliyi və intensivliyinə təsir edərək, iqtisadiyyatın və əhalinin bu risklərə qarşı həssaslığını artırır.

“Bu risklər həmçinin maliyyə bazarlarında aktivlərə, dövlət və özəl investisiyalarına təsirsiz ötüşməyəcək. Bank sektoruna təsiri üzrə nümunəyə baxsaq, quraqlığın və su qıtlığının kənd təsərrüfatına mənfi təsiri bankların kənd təsərrüfatı portfelinin keyfiyyətinə təsir edə bilər”- deyə, AMB bildirir.

O da qeyd edilir ki, qlobal dekarbonizasiya çağırışlarından qaynaqlanan keçid riski və onun Azərbaycan iqtisadiyyatı və maliyyə sisteminə təsiri uzunmüddətli dövrdə qaçılmaz olacaq. Aşağı karbon və dekarbonizasiya ilə bağlı qlobal çağırışları nəzərə alaraq, Azərbaycanın istixana qazlarının azaldılması məqsədlərinə nail olmaq istiqamətində öhdəliyi həm dayanıqlı inkişafı dəstəkləyəcək, həm də qeyri-neft iqtisadiyyatına keçidin sürətləndirilməsi üçün mühüm zəmin yaradacaqdır.

Son xəbərlər
Digər xəbərlər