İran Milli Bankının Bakı filialı Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi göstərişlərin icrası üzərində iş aparır.
Bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Toğrul Əliyev bildirib.
“AMB nəzarət çərçivəsində prosesləri monitorinq edir. İran bankı ilə bağlı məsələyə yenidən baxılacaq. Filialın maliyyə dayanıqlılığı göstəriciləri heç bir təhdid yaratmır. Digər göstəricilərlə bağlı iş davam etdirilir”, – deyə o qeyd edib.