BANKER.AZ/ Azərbaycan Mərkəzi Bankının Baş direktoru Rəşad T. Orucov “AzTV”də qonaq olarkən bildirir ki, bütövlükdə, Azərbaycandakı banklar dövlətdən böyük dəstək alıblar. 2014-2015-ci illərdə dünyada iqtisadi böhranı ölkəmiz və banklara da təsir etmişdir. Ötən dövür ərzində bank sektorunda maliyyə dayanaqlığının bərpa olunması və gücləndirilməsi barəsində mühüm tədbir görülüb. Bunlardan biri də əmanətlərin tam sığortalanmasını misal kimi gətirib.
“Məhz bu tədbir bütövlükdə bank sektoruna həmin dövrdə etimadın qorunub saxlanmasına, onların maliyyə dayanaqlığının güclədnirilməsində çox mühüm rol oynayıb”- deyə R.T.Orucov bildirir.
Bankir hazırda Azərbaycanda bank sektorunda artıq sağlamlığın tam təmin olunduğunu deyərək, bu sektorla real sektorun birgə işi stimullaşdırmaqla ilə əlaqəli konkret tədbirlər görülməsini zəruri sayır.
“Bunun üçün müvafiq tənzimləyici tədbirlər görülməlidir. Tənzimləyici çərçivəyə baxmaq lazımdır. Eyni zamanda ola bilsin ki, istehlak kreditləşməsinin daha da məhdudlaşdırılması üçün requliasiya bir qədər də sərtləşdirilsin” – deyə, bankir qeyd edir.
Orucov məsələyə daha geniş kontekstə baxılması – bank və sahibkarlar arasındakı əlaqələrin də gücləndirilməsini də vacib sayır.