7 C
Baku
Wednesday, March 12, 2025

AMB: Kapital bazarında ticarət və ticarət sonrası sistemlərin rəqəmsal platformalara inteqrasiyası yekunlaşıb

Bakı Fond Birjasının (BFB) 2024-2026-cı illər üçün strateji inkişaf planının ilk ili olduqca məhsuldar olub.

Bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib.

U.İbrahimova qeyd edib ki, 2024-cü ildə kapital bazarının əməliyyat infrastrukturunun rəqəmsallaşdırılması məqsədilə ticarət və ticarət sonrası sistemlərin rəqəmsal platformalara inteqrasiyası təmin olunub: “Bu tədbirlər nəticəsində Azərbaycanda ilk dəfə olaraq səhmlərin kütləvi təklifi üzrə abunə yazılışı prosesi və səhmlər üzrə təkrar bazar əməliyyatları mobil tətbiq üzərindən həyata keçirilib”.

Onun sözlərinə görə, başqa bir müsbət məqam isə korporativ qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin artmasıdır: “Bakı Fond Birjasının açıqladığı statistikaya görə, korporativ qiymətli kağızlar bazar dövriyyəsi 135% artaraq 2023-cü ilin sonuna nisbətən 2024-cü ilin sonuna qədər 1 milyard 30 milyon manata çatıb”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər