-3 C
Baku
Sunday, December 15, 2024

AMB karantində kredit ödənişləri ilə bağlı tətbiq edilən qaydaların vaxtını uzatdı

Azərbaycan Mərkəzi Bankı “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Banker.az bildirir ki, bununla bağlı sənədə Mərkəzi Bankın sədri Elman Rüstəmov imza atıb.

Buna qədər Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq “kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq subsidiyanın ödənildiyi tarixdən 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilmir” kimi qeyd edilirdi. Yeni qərara əsasən isə bu  tarix 01 yanvar 2020-ci il tarixinədək uzadılıb.

Bu isə o deməkdir ki, pandemiya ilə əlaqədar 01 mart 2020-ci ildən 01 yanvar 2021-ci il tarixinə kimi kredit ödənişlərini gecikdirənlərə cərimə faizi hesablanmayacaq.

Bu eləcə də qənaətbəxş kreditlərin resturkturuzasiyasına da aid edilir. Belə ki, həmin sənədin ikinci bəndində isə dəyişiklik belədir:

“2.3-cü bənddə “30 sentyabr 2020-ci tarixinədək” sözləri çıxarılsın və “təsnifat kateqoriyası” sözlərindən sonra “01 yanvar 2021-ci il tarixinədək” sözləri əlavə edilsin”.

Beləliklə, hazırda həmin bənd: “01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 01 yanvar 2021-ci il tarixinədək pisləşdirilmir”.

Son xəbərlər
Digər xəbərlər