Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə katastrofik risklərin sığortalanması və sığorta müqavilələrində əhatəliliyin təmin edilməsi ilə bağlı tədbirlər görür.
Bunu AMB-nin Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov qurumun “2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı”nın təqdimatında bildirib.
“Ümumiyyətlə, AMB daşınmaz əmlakın icbari sığortası ilə bağlı uzun müddətdir ki, müəyyən işlər aparır, beynəlxalq təcrübəni araşdırır. Əsas istiqamət katastrofik risklərdən əhalini, biznes subyektlərini və dövləti qorumaqdır. Hazırda bununla bağlı müzakirələr gedir, ictimaiyyətə geniş məlumat veriləcək”, – deyə o qeyd edib.