Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının həcmi fevral ayında cəmi 3.3 milyon dollar və ya 0.03% artım göstərib.
Banker.az bunu AMB-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir.
28 fevral 2025-ci il tarixinə 10 milyard 992 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin oktyabr, noyabr və dekabr aylarında 828 milyon dollarlıq azalma qeydə alınmışdı. AMB ilin ilk üç rübünə qədər isə valyuta ehtiyatlarında cəmi 105.58 milyon dollar artıma nail ola bilmişdi.