11 C
Baku
Friday, December 27, 2024

AMB kredit və anderraytinq riskləri üzrə strategiya hazırlayır

Mərkəzi Bank kredit və anderraytinq riskləri üzrə strategiya hazırlayır.

Bunu Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev deyib.

O bildirib ki, Azərbaycanda bank sektorunun BVF, Dünya Bankı və digər xarici maliyyə təşkilatları ilə qiymətləndərilməsi davam etdirilir. Bu baxımdan Mərkəzi Bank “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən vurğulanan kredit və anderraytinq riskləri məsələsindən xəbərdardır və cavab stragetigiyası üzərində işləyir. Bunun bağlı tələblərimiz yenilənəcək və təqdim ediləcək.

T. Əliyev “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı səslədirdiyi digər problemləri də şərh edib: “S&P Global Ratings” agentliyi tərəfindən qaldırılan məsələlərdən Mərkəzi Bank məlumatlıdır. Burada həm kredit porfelinin kefiyyəti məsələsi önəmlidir. Bilirsiniz ki, bank sektoru pandemiya kimi ağır dövrdən keçib. Buna baxmayaraq, bankların kredit porfelinin kefiyyəti gözləntilərdən daha yaxşıdır. Portfelin kefiyyətində pisləşmə müşahidə etmirik. Bilirsiniz ki, bankların həm kredit, həm də depozit porfeli üzrə de-dollarlaşma prosesləri gedir.

Qeyd edək ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektoru ilə bağlı son proqnozunda əsas problem olaraq struktur zəiflikləri, yüksək olan dollarlaşma səviyyəsi, zəif idarəetmə, beynəlxalq kontekstdə şəffaflığın az olması və kreditləşmə və anderraytinq standartlarının lazım olandan daha yumşaq olmasını göstərib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər