10 C
Baku
Thursday, December 26, 2024

AMB: Kreditləşmə ilə bağlı yeni qayda Azərbaycanda avtoparkın yenilənməsinə töhfə verəcək

Ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı kreditlərdə ilkin ödənişin azaldılması Azərbaycanda avtoparkın yenilənməsinə töhfə verəcək.

Bunu Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək.

“Düşünürük qaydaların təsdiq edilməsi və bu qaydalar əsasında bankların bazara məhsullar çıxarması maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayacaq, elektrik və hibrid avtomobillərin istifadəsinin genişləndirilməsinə şərait yaradacaq”, – deyə Samir Rzayev əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər