5 C
Baku
Wednesday, February 21, 2024

AMB maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə tender elan edir

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə hesabatlarının illik auditinin Beynəlxalq Audit Standartlarına uyğun keçirilməsi üzrə açıq tender elan edir.

AMB-nin  tender elanında bildirilir ki, tender proseduru 9 aprel 2019-cu il tarixində saat 1500-də Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki,  tenderdə iştirak etmək üçün  iddiaçı şirkətin və audit heyəti rəhbərinin mərkəzi bankların auditində iş təcrübəsi olmalıdır. 

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

  • tenderdə iştirak üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi. Təklif 22 may 2019-cu il tarixinədək qüvvədə olmalıdır;
  • iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin  notariat qaydasında təsdiq edilmiş surətləri;
  • tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  • son 1 ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında dövlət orqanından arayış;
  • tender təklifinin qiymətinin 1%-i məbləğində bank təminatı 
  • tenderin Əsas Şərtlər Toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir. Təkliflər  8 aprel 2019-cu il tarixində saat 18.00-dək , yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədlər isə ən geci 28 mart 2019-cu il tarixində saat 18.00-dək qəbul ediləcək. Sənədlər və zərflər Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır. 

Son xəbərlər
Digər xəbərlər