AMB, “Maliyyə Savadlılığı və peşəkar karyera” adlı təlim proqramında iştiraka dəvət edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə savadlılığı” silsilə tədbirləri çərçivəsində 12 iyul – 13 sentyabr 2021-ci il tarixlərində tələbə və məzunlar üçün “Maliyyə Savadlılığı və peşəkar karyera” adlı təlim proqramı həyata keçiriləcək.

• Proqram 2 mərhələli olacaq. 12 iyul – 23 avqust tarixlərində Mərkəzi Bank tərəfindən hazırlanmış onlayn kursları (edu.e-cbar.az) uğurla başa vurub sertifikat əldə etmiş tələbələr ikinci mərhələdə iştirak etmək hüququ əldə edəcəklər.

 

• Tələbələr ikinci mərhələdə Azərbaycan Mərkəzi Bankının bank-maliyyə qurumları ilə birgə təşkil etdiyi seminarlarda iştirak edəcəklər.

Proqramda tələbələr və yeni məzunlar iştirak edə bilərlər. Qeydiyyat üçün CV-ləri 09 iyul 2021-ci il tarixinədək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Suallar olduğu təqdirdə iş günləri 10:00-dan 17:00-dək +994 12 4935058 (daxili 765) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd: Təlimlərin virtual və ya fiziki keçirilməsi həmin tarixlərdəki şəraitə uyğun olaraq müəyyən ediləcəkdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.