16 C
Baku
Wednesday, May 8, 2024

AMB: “Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır”

Azərbaycanın maliyyə institutlarında risklərin idarə edilməsində kibertəhlükəsizlik məsələləri kənarda qalır.

Bunu Azərbaycan Mərkəzi Bankın informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev deyib.

O qeyd edib ki, AMB-nin ötən ay qəbul etdiyi “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nda qoyulmuş tələblər bəzi tədbirlərin görülməsini nəzərdə tutur: “Həmin tədbirlərin çoxu icrası nəzərdə tutulan strateji hədəflərdir. Məsələn, 2023-2024-cü illərin hədəfi maliyyə yetkinliyi səviyyəsinin qiymətləndirilməsidir. 2023-2026-cı illərdə isə hədəf maliyyə bazarları üzrə CERT-in (kompüter insidentlərinə qarşı mübarizə mərkəzi) formalaşmasıdır. Söhbət əsasən əsasən sahəvi CERT-lərin formalaşmasından gedir. Biz Sinqapur təcrübəsinə baxdıqda görürük ki, onlarda hər bir maliyyə resursunda milli CERT olmasına baxmayaraq, hər biri özlərinin sahəvi CERT-ini formalaşdırıb. Bu təcrübəni Azərbaycanda da tətbiq etmək istəyirik. Ölkədə bir neçə milli CERT fəaliyyət göstərir və AMB olaraq biz maliyyə sektoru üzrə sahəvi CERT-in formalşdırılması, milli CERT-lərlə sıx əməkdaşlığın aparılmasını hədəfləyirik. 2-ci hədəfimiz isə maliyyə bazarlarında risklərin idarə edilməsinin gücləndirilməsidir. Bu, kibertəhlükəsizliyin, əhatə olunduğu risklərin idarə olunması çərçivəsində formalaşmasıdır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər