2024-cü ildə “Maliyyə sektorunun inkişaf strategiyası” 81,8% icra edilib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Vüqar Əliyev bildirib.
“Qalan 18,2%-lik hissə gecikən fəaliyyət istiqamətlərinə aid olub”, – deyə o qeyd edib.
“Hesabat dövründə icra göstəricisi bank sektoru üzrə 79,2%, sığorta sektoru üzrə 86,2%, qiymətli kağızlar sektoru üzrə 69,4%, ödəniş sektrou üzrə 88%, rəqəmsal maliyyə üzrə 88,9%, dayanıqlı maliyyə üzrə 76,9%, peşəkar inkişaf və maliyyə məlumatlılığı üzrə isə 100% olub”, – deyə AMB rəsmisi əlavə edib.