9 C
Baku
Thursday, December 12, 2024

AMB monetar siyasətində yeni əməliyyatların bazara təsiri olduğunu açıqlayıb

2022-ci ildə pul siyasəti adekvat monetar şərait vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilmiş, pul siyasəti ilə məcmu tələbin izafi artımı məhdudlaşdırılıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması ilk dəfə faiz dəhlizinin banklararası bazara təsir göstərməsinə imkan verib.

Rəsmi statistikaya görə, illik inflyasiya 2022-ci ilin noyabrında 15.1% (2022-ci ilin noyabr ayı 2021-ci ilin noyabr ayına nəzərən) təşkil etmiş, orta illik inflyasiya isə 13.8% olmuşdur. Baza inflyasiya1 noyabrda illik 14.7% təşkil etmişdir. 11 ayda orta illik baza inflyasiya 11.4% olmuşdur. 2022-ci ildə də inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir.

Noyabrda inflyasiya illik əsasda ərzaq məhsulları üzrə 20.1%, qeyri-ərzaq məhsulları üzrə 12.1%, xidmətlər üzrə 10.7% olmuşdur. Təhlillər göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. İdxal üzrə illik qiymət indeksinin artımı 10 ayda 22.1% olmuşdur ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin artması ilə izah edilir. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərmişdir. Valyuta bazarında tarazlıq, nominal effektiv məzənnənin bahalaşması və qəbul edilən pul siyasəti qərarlarının təsiri altında formalaşan monetar şərait inflyasiya təzyiqlərini əhəmiyyətli məhdudlaşdırmışdır.

 

Son xəbərlər
Digər xəbərlər