Azərbaycan Respublikasının Mərkəzi Bankı “Monetri” BOKT MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qəbul edib.
Banker.az xəbər verir ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən “Monetri” BOKT MMC və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) manat və 10 000 (on min) manat məbləğində cərimə edilmişdir.


 
                                    




