Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı ilin ilk 5 ayında ölkənin valyuta bazarında təklif tələbi üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta seqmentlərində müşahidə olunub.
Banker.az bunu AMB-yə istinadən xəbər verir ki, yanvar-may aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyuta alışı satışı 311 mln. ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq may ayının sonuna 27%-ə enib.
Hesabata əsasən, ölkəyə daxil olan pul baratlarının həcmi də artıb. Belə ki, 2026-cı ilin ilk 5 ayında pul köçürmələri ötən ilin eyni dövrü ilə müqayisədə 28.8% artaraq 560.1 mln. ABŞ dolları təşkil edib.
Mərkəzi Bank qeyd edir ki, valyuta hərraclarında bankların xarici valyutaya tələbinin əhəmiyyətli dərəcədə azalması fonunda alışyönlü müdaxilələr həyata keçirilib. Nəticədə, cari ilin ilk 5 ayında AMB-nin valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına yüksəlib.







