26 C
Baku
Saturday, July 27, 2024

AMB Naxçıvan MR Dövlət Sığorta Xidmətinin fəaliyyətinə münasibət bildirib

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR Dövlət Sığorta Xidmətinə hər hansı lisenziya verməyib.

Bunu AMB-nin baş direktoru Ziya Əliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Həmin qurum muxtar respublikanın Ali Məclisinin keçmiş sədrinin 2021-ci ildə imzaladığı sərəncamla yaradılıb. Onun fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində qəbul edilməlidir”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər