8 C
Baku
Bazar, Yanvar 23, 2022

AMB: “NBCBank” və “AGBank”da vəziyyət o qədər də ürəkaçan deyil

Aprelin 27-dən etibarən Azərbaycan Mərkəzi Bankı tərəfindən müvəqqəti inzibatçılar təyin edilən “NBCBank” və “AGBank” ASC mənfi kapitala malikdir, bu banklarda vəziyyət ürəkaçan deyil. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

“AGBank” və bank “NBCBank”da vəziyyət bizə qismən məlum idi, lakin bəzi məqamlara aydınlıq gətirməli idik, bu səbəbdən həmin banklarda müvəqqəti inzibatçılar təyin etdik. Lakin qeyd etmək lazımdır ki, banklarda vəziyyət heç də ürəkaçan deyil”, – Rüstəmov RealTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “AGBank”da kapital mənfi 145 milyon manat, “NBCBank”da – mənfi 23 milyon manat təşkil edir. “AGBank”da problemli kreditlərin xüsusi çəkisi 54%, “NBCBank”da – 32%, ümumi əmanətlər 280 milyon manat həcmində qiymətləndirilir.

Rüstəmov əlavə edib ki, hər iki bank uzun illərdir fəaliyyət göstərir və formalaşan vəziyyətdə özləri günahkardır.

O əlavə edib ki, Azərbaycanın bank sektorunda sağlamlaşdırma prosesi AMB üçün 2020-ci ildə prioritetlərdən biridir. “Toksik aktivlər və zəif banklar maliyyə-bank sistemi üçün risklər yaradır, xüsusilə bu gün dünyadakı mürəkkəb makroiqtisadi mühitdə. Bundan əlavə, bu həmçinin banklarda əmanətçilərə güclü sosial zərbədir. Bu səbəbdən biz həmin yığılan problemləri həll edirik”, – Rüstəmov bildirib.

O əlavə edib ki, bütövlükldə Azərbaycanın bank sistemi dayanıqlı və stabildir. “Sağlamlaşdırma bank sektorunun mövqelərini yaxşılaşdıracaq. Bu gün bizdə kapitalın adekvatlığının göstəricisi 10% norma olduğu halda 20%-i ötür. Ümumilikdə, vəziyyət dinamikdir və bank sektorunda müntəzəm qaydada qiymətləndirmə aparılır”, AMB-nin sədri qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər