6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

AMB-nin 100 mln manatlıq təklifinə 1 mlrd manatlıq tələb

1 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB)50103690S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351(6.01%)olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,037,488,600.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351(6.01%), orta ölçülmüş qiyməti isə 99.5351(6.01%)müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmişhəcmi 100,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 29.12.2021-ci ildir.

 

Son xəbərlər
Oxşar xəbərlər