AMB-nin 2021-ci ildə məzənnə ilə bağlı planı nədir?

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә Bәyanatını açıqlayıb. Bununla bağlı iqtisadçı-ekpert Samir Əliyev şərh verərək bildirir ki, sənəddə əsas diqqəti cəlb edən məsələ AMB-nin manatın məzənnəsinə münasibətdə hədsiz həsaslığıdır.

“Əks halda əvvəlki illərdən fərqli olaraq 2021-ci ildә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zəmanətçisi olan qiymət sabitliyi tәşkil etməsini ayrıca qeyd etməzdi”.

Ekspert ölkədə makroiqtisadi sabitliyin, o cümlədən qiymət sabitliyinin əsas qarantı milli valyutanın sabitliyinin olmasını AMB anlayır. Qeyd edir ki, buna səbəb də istehlakda idxal mallarının әhәmiyyәtli paya malik olmasıdır. Bəyanatda qeyd edilir ki, pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә orta müddәtli ötürücülüyü diqqәtdә saxlanılacaqdır.

“Ancaq bir qeydi də vurğulamaq yerinə düşərdi. AMB-yə görə, növbәti ildә dә valyuta bazarında tarazlıq tәdiyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaqdır. Deməli, məzənnə sabitliyinin indikatoru olaraq yenə də neftin qiymətinin dəyişməsi və bu dəyişikliyin nə qədər uzunmüddətli olması götürüləcək. AMB onu da diqqətə çatdırır ki, valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәkdir. Yollardan biri kimi valyuta tәnzimlәnmәsinin optimallaşdırılması, o cümlədən valyuta satışına və axınına məhdudiyyətərin tətbiqi göstərilir”.

Foto: Sputnik

Ekspert koordinasiyanın vacibliyinin diqqət çəkən məqamlardan biri olduğunu deyib. AMB hesab edir ki, 2021-ci ildә proqnozların reallaşması makroiqtisadi siyasәtin bütün istiqamәtlәrinin effektiv koordinasiyasından asılı olacaqdır.

“Xüsusilə də söhbət fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiyadan gedir. Belə anlaşılır ki, büdcə xərclərinin növbədənkənar və ya kəskin artırılması makroiqtisadi sabitlik, o cümlədən qiymətlərin sabitliyinə təhlükə yaradır.  2020-ci ildə olduğu kimi gələn il də pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2% dәhlizindә idarә olunması olacaq”.

Maliyyə xidmətlərinin keyfiyyətinin artırılması, maliyyə inkluzivliyinin təmin edilməsi əsas hədəflərdə olacaq. Bu baxımdan tikinti-əmanət bankının yaradılması üçün qanunvericilik aktının qəbuluna önəm veriləcək. Belə bir qanun layihəsi vaxtilə hazırlanım Milli Məclisə təqdim edilsə də sonradan gündəlikdən çıxmışdı. İndi yenidən məsələyə diqqət artırılır”.

Bəs devalvasiya riski?

Həm Maliyyə Nazirliyinin hazırladığı fiskal, həm də Mərkəzi Bankın açıqladığı monetar sənədin analizi göstərir ki, hökumət üçün gələn il makroiqtisadi sabitlik əsas hədəfdir. Bu sabitliyin əsas qarantı isə milli valyutanın məzənnəsinin dəyişməzliyidir. Ekspert Samir Əliyev məzənnə ilə bağlı istər Maliyyə Nazirliyinin narahatlığı, istərsə də Mərkəzi Bankın həssaslığı onu deməyə əsas verir ki, bu gün hökumətin gündəmində devalvasiya tədbiri yoxdur.

“Çünki hökumət devalvasiyanın ağır fəsadlarını anlayır və bu tədbirə büdcə kəsirini örtmək üçün əlavə qazanc götürmək qismində yox, çıxılmaz vəziyyətdən çıxış yolu qismində baxır.  Ona görə də gələn il neftin qiymətində kəskin ucuzlaşma olmazsa və bu ucuzlaşmanın müddəti ilə bağlı pessimist proqnozlar olmazsa, hökumət məzənnəni  saxlamaqda davam edəcək. Konkret fikir söyləmək çox çətindir, ancaq yenə də gözləntimi sizinlə bölüşmək qərarına gəldim. Gözləntim isə budur ki, hökumət ən azı gələn ilin birinci rübündə gözləmə mövqeyində olacaq. Neftin qiymətindən və pandemiyanın taleyindən asılı olaraq sonradan qərarına yenidən baxa bilər. Hətta məzənnənin gələn ilin sonuna kimi saxlanmasını da istisna etmirəm. Əlbəttə bütün bunlar hökumətin planıdır, plan isə hər zaman pozula bilər”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.