10 C
Baku
Thursday, December 12, 2024

AMB-nin 28 günlük notlarının gəlirliliyi 7.55%-ə qalxıb

17 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 30 milyon manat həcmində 28 günlük qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadla xəbər verir.

28 günlük və AZ2085024704 dövlət qeydiyyat nömrəli. Hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9 938.1625 (8%) manat və 9 944.3119 (7.2%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,540,000 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9 939.1613 (7.87%) manat, orta ölçülmüş qiyməti isə 9 941.6468 (7.55%) manat olaraq müəyyən edib. 28 günlkü qısa müddətli notlar artıq uçot faiz dərəcəsi artırılandan sonra artmaqdadır. Belə ki, 2022-ci ildə uçot faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdikdən sonra 28 günlük notların orta gəlirliliyi 4%-in altında formalaşırdı. 2022-ci ilin sonuna bu rəqəm artıq 6%-in üzərinə çıxıb. Son üç hərracda müvafiq olaraq gəlirlilik 6.24%, 6.89% və 7.38%-ə qədər yüksəlib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 14.06.2023-cü ildir.

84 günlük və AZ2086024703 dövlət qeydiyyat nömrəli. Hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9,810.0128 (8.3%) manat və 9,825.7566 (7.6%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39,810,000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,812.9328 (8.17%) manat, orta ölçülmüş qiyməti isə 9,820.0045 (7.86%) manat olaraq müəyyən edilmişdir. 10 mayda keçirlən not hərracında 84 günlük notların orta gəlirliliyi 7.84% idi.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.  Notların ödəmə tarixi 09.08.2023-cü ildir.

Xatırladaq ki, Mərkəzi Bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir. İndi banklarla paralel hüquqi şəxslərdə müəyyən çərçivədə bu not hərracına qoşula bilir.

Son xəbərlər
Digər xəbərlər