Azərbaycan Mərkəzi Bankının banklara verdiyi kreditlərin həcmi kəskin azalıb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2017-ci ilə dair audit hesabatında deyilir.
Hesabat dövrünün əvvəlində bu portfelin 4 mlrd. 61,36 mln. manat təşkil etdiyi halda ilin sonuna bu rəqəm 10,13 dəfə azalaraq 400,87 mln. manat təşkil edib.