12 C
Baku
Tuesday, March 18, 2025

AMB-nin baş direktoru: Makroiqtisadi sabitliyə ciddi təhdid görmürük

“Cari əməliyyatlar balansının profisitinin (CƏB) ÜDM-də çəkisinin 5%-dən yuxarı olması ölkənin iqtisadi dayanıqlığını göstərir”.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüqar Əhmədov deyib.

O bildirib ki, ölkənin xarici sektoru əlverişlidir. Mərkəzi Bank 2025-ci ildə CƏB-in profisitini 5,5 mlrd. dollar proqnozlaşdırıb. Müşahidə edilən normallaşma prosesi onu göstərir ki, ortamüddətli dövrdə də CƏB-in profisiti 5 mlrd. dollar ətrafında olacaq. Bu müsbət fon ümumilikdə makroiqtisadi sabitliyi dəstəkləyici bir amildir.

Neftin qiymətinin cari əməliyyatlar balansına təsirinə gəlincə, Vüqar Əhmədov bildirilib ki, insanlar epizodik olaraq, yəni bir gün və ya on gün neftin qiymətlərində enişə reaksiya verə bilər. Amma tədiyyə balansı illik dövrü əhatə edir.

“Biz markoiqtisadi sabitliyə ciddi bir təhdid görmürük”- baş direktor əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər