10 C
Baku
Saturday, March 2, 2024

AMB-nin beynəlxalq ehtiyatları 60% azalıb

10 ayda Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları 60% azalıb.

Mayın 15-i üçün ehtiyatlar $10581,54 mln olub. 2014-cü ilin avqustunda pik zamanı bu göstərici $17782,94 mln idi.

Bu məsələdə 21 fevraldakı devalvasiya həlledici rol oynayıb. 15 yanvardan 15 fevrala kimi ehtiyatlar $1,7 mlrd azalıb. Ondan sonra mayın ortası ilə müqayisədə BVE 29% və ya $2,8 mlrd azalıb.

Dövlətin beynəlxalq ehtiyatlarına tədiyə balansının kəsirinin maliyyələşməsi, valyutanın mübadilə məzənnəsini tənzimləmək üçün lazım olan xarici aktivlər daxildir. Ehtiyat aktivləri xarici valyutada və real mövcud olmalıdır. Yalnız yüksək keyfiyyətli aktivlər beynəlxalq ehtiyatlar sayılır.

contact.az

Son xəbərlər
Digər xəbərlər