Azərbaycan Mərkəzi Bankının Beynəlxalq Valyuta Fondu (İMF) qarşısındakı öhdəliyi artıb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2017-ci ilə dair audit hesabatında deyilir.
Hesabata görə, ötən ilin əvvəli ilə müqayisədə öhdəliyi 1,83% artaraq 373 mln. 299 min manat olub. Digər beynəlxalq maliyyə inistutları qarşısında öhdəliyi isə 4 mln 693 min manatdır.